28 dekabr 2021-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin tapşırığına əsasən, Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbində uşaqların sosial müdafiəsi sahəsində normativ
hüquqi bazanın təkmilləşdirilməsi, çətin həyat şəraitində
olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər
imkanların yaradılması, baxımsız və kimsəsiz
uşaqların sosial reabilitasiyasını və xüsusilə onların peşə təhsilinə yönləndirilməsi, uşaqların vətənpərvərlik
və milli mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi, aztəminatlı ailələrə
yönəlmiş məşğulluq tədbirlərinin gücləndirilməsi, həmin ailələrdən olan
uşaqların davamlı təhsil hüququnun təmin olunması, uşaqların maraqlarına
toxunan məsələlərdə onların iştirakının təmin olunması istiqamətində fəaliyyətin
gücləndirilməsi, uşaqların asudə
vaxtlarının səmərəli təşkili, onların istirahət yerlərinin, idman və mədəniyyət
ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi, təhsildən yayınma
hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi istiqamətlərində maarifləndirici tədbirlər təşkil edildi. Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Məmmədova mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. Məruzəsində bildirdi ki, müasir
zamanda uşaqların asudə vaxtının səmərəli təşkili olduqca vacib olan məqamlardan
biridir. Çünki sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxt ilə
qoyulur. İstər məktəbdə, istərsə də cəmiyyətdə uşaqların asudə vaxtını səmərəli
şəkildə təşkil etməliyik. Bu biz müəllimlərin, valideynlərin üzərinə düşən
vacib vəzifədir. Bütün yaş dövrü üçün uşağın asudə vaxtının səmərəli dəyərləndirilməsinin
ən ideal məşğuliyyəti mütaliə etməkdir. Asudə vaxtının səmərəli təşkili
baxımından şahmat oyununun faydalarını da xüsusi vurğulamaq lazımdır. Bu zaman
uşağın tez qərar qəbul etmək qabiliyyəti inkişaf edir. Ona görə də Xocalı rayon
Əli Kərim adına Başkənd kənd tam orta məktəbdə uşaqların asudə vaxtı idmanla məşğul
olmaqla, kitabxanada bədii kitablar oxumaqla, zehni gücləndirən şahmat oyunu
oynamaqla, idman zalında basketbol, voleybol oynamaqla təşkil olunur. Xocalı Rayon İcra Hakimiyyətinin hər zaman rayonumuzda olan
aztəminatlı ailələrə, baxımsız, kimsəsiz uşaqlara göstərdiyi diqqət və qayğı
danılmazdır. Onlarla keçirilən görüşlər, edilən yardımlar, həmin ailələrə hansı
həssaslıqla yanaşılması, əlbəttə ki məktəbimizə də yansıyan bir hal olmuşdur.
Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbi olaraq hər zaman məktəbimizdə
təhsil alan şagirdlərin valideynləri ilə sıx əməkdaşlıq qurmuşuq. Davamlı təhsil
hüququ təmin edilib. Aztəminatlı ailələri məşğulluq sahələrinə yönəldib, onlara
istər maddi, istərsə də mənəvi yardım olunub. Onların məktəbyaşlı övladların təhsilə,
elmə cəlb edib, onlarla daha çox əlaqə saxlanılıb. Baxımsız və kimsəsiz
uşaqların sosial reabilitasiyası da hər zaman diqqət mərkəzində olub. Belə
uşaqları məktəbimizdə azlıq təşkil etsələr də, onlara daha çox diqqət
ayırmışıq. Əsasən də bu uşaqları peşə məktəblərinə yönəltməyə çalışırıq.
Onlara peşə seçimində köməklik göstəririk. Bu uşaqların qayğıya, sevgiyə
ehtiyacını nəzərə alaraq onlarla ünsiyyətdə olur, problemlərini birgə həll etməyə
çalışırıq.
Məktəbimizdə təhsil
alan şagirdləri ilk öncə vətənpərvərlik ruhunda tərbiyə edir, onlara milli mənəvi
dəyərlərimizə hər zaman hörmətlə yanaşmağı aşılayırıq. Bu biz müəllimlərin və
valideynlərin xüsusi diqqətidir. Vətənpərvərlik mövzusunda tədbirlər təşkil
edirik. Bu istiqamətdə işlərin gücləndirilməsi hal - hazırda kı vacib məsələlər
sırasındadır. Vətənpərvərlik mövzusunda
keçirilən tədbirlər hər zaman öz bəhrəsini verir. İnsan hüquqları və
azadlıqları sahəsində şagirdlərlə söhbət aparmaq, onlara öz hüquqlarını müdafiə
etməyi öyrətməliyik. Şagirdlər bilməlidirlər ki, hər bir kəsin doğulduğu andan
toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin
cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir.
Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət
tərəfindən müdafiə olunur. Bu sahədə müəyyən məktəbimizdə tədbirlər keçirilir və
şagirdlər daha çox məlumatlanırlar. Bu gün təhsil sistemində
yayınma hallarının qarşısının alınması ən vacib məsələlərdən biridir. Bunun
üçün məktəb, valideyn, ictimai qurumlar birgə çalışmalıdır. Hətta cəmiyyətin hər
bir üzvü buna qoşulmalıdır. Məktəbə gəlməyən şagirdlərin problemləri aradan
qaldırılmalı, bunun üçün də valideyn - müəllim assosiasiyası yaradılmalıdır. Ekspertlər qeyd edir ki,
uşaqların bir qismi sağlamlığını itirdiyi üçün, bir qismi başqa ölkələrdə təhsilini
davam etdirdiyi üçün təhsilini yarımçıq qoyur. Statistika göstərir ki, 1,3-2
faiz uşaq məktəbə getmir. Məsələn, 1000 nəfər uşaq 1-ci sinfə gedibsə, onun 900-ü IX sinfi bitirib. Şükürlər olsun ki, yayınma hallarına, şagirdlərimizin
təhsildən uzaqlaşmağı hallarına rast gəlməmişik. Bacardığımız qədər şagirdləri
təhsilə, elmə cəlb etmişik. Bu halların yaranmasına şərait yaratmamışıq. Xüsusən
də belə hallar bəzi regionlarda baş verir. Bu zaman qızlar təhsildən yayınaraq
erkən nikaha daxil olurlar. Əlbəttə ki, burada valideynlərin üzərinə böyük məsuliyyət
düşür. Müəllim valideyn əməkdaşlığı nəticəsində bu halların qarşısı alına bilər.
Bu sahədə məktəblərdə tədbirlər geniş vüsət almalıdır. Bu tədbirlər Xocalı Rayon İcra hakimiyyətinin ictimai siyasi
əlaqələr şöbəsinin tapşırığı ilə müntəzəm olaraq həyata keçirilən tədbirlər
sırasındadır. Bunun nəticəsidir ki, rayonumuzun məktəblərində bu hallara az təsadüf
edilir. Əlbəttə ki, keçirdiyimiz görüşlərlə, tədbirlərlə Xocalı Rayon İcra
hakimiyyətinin ictimai siyasi əlaqələr şöbəsinə məlumatlar ötürülür və onlar da
öz lazımi məsləhətlərini, tövsiyələrini məktəblərə çatdırırlar.